QÜTB GECƏSİ

qütb sahələrində ilin, günəşin üfüqdə görünmədiyi hissəsidir. Q.g.-nin uzunluğu qütbə doğru artır: Şimal qütbündə Q.g. payız gecə-gündüz bərabərliyindən (23. IX) yaz gecə-gündüz bərabərliyinə (21. III) qədər davam edir.
QURUNUN SULARI
QÜTB GÜNDÜZÜ
OBASTAN VİKİ
Qütb gecəsi
Qütb gecələri — qütb sahələrində üfüqdə Günəşin görünmədiyi müddət olub, ilin müəyyən bir dövrüdür. == Qütb gecələrinin davamiyyət müddəti == Qütb gecələrinin davamiyyəti qütbə doğru artır; 66°33” paralelində 1 gün (24 saat), qütbdə 179 günə çatır. Şimal qütbündə qütb gecələri payız gecə-gündüz bərabərliyi tarixindən (23 sentyabr) yaz gecə-gündüz bərabərliyinə (21 mart) qədər davam edir. == Qütb gecələri müşahidə edilən şəhərlər == Rusiya: Apatitı, Bilibino, Verxoyansk, Varkuta, İnta, Hacıyevo, Dudinka, Zaozersk, Zapolyarnı, İqarka, Kandalakşa, Kirovsk, Kovdor, Kola, Labitnanqi, Monçeqorsk, Murmansk, Меzеn, Naryan-Маr, Nоrilsк, Оlеnеqоrsк, Ostrovnoy, Pevek, Polyarnıy Zori, Polyarnıy, Salexard, Severomorsk, Skejnoqorsk, Srednokolımsk, Usinsk. Norveç: Lonqyir, Tromse.
Bəraət gecəsi
Bəraət gecəsi - Şaban ayının 15-ci gecəsidir. Bəraət borc, xəstəlik, günah və cəzadan qurtulmaq deməkdir. Rəsulullahdan (s.ə.s.) bu gecəyə məxsus nəql olunan xüsusi ibadət şəkli yoxdur. Bəraət gecəsi Ramazan ayına hazırlaşmaq üçün fürsət sayıla bilər. Bu haqda bir hədisdə belə buyrulur: “Şaban ayının on beşinci gecəsini ibadətlə keçirin, gündüzündə isə oruc tutun. Çünki, Uca Allah bu gecə dünya səmasına rəhməti ilə təcəlli edir və “Yoxdurmu tövbə edən ki, tövbəsini qəbul edim. Yoxdurmu ruzi istəyən ki, ruzisini verim. Yoxdurmu şəfa istəyən ki, şəfa verim. Başqa istəyi olan yoxdurmu ki, ona istədiyini verim". Bu hədisin sənədi rəvayət zəncirindəki ravilərdən biri hədis alimləri tərəfindən zəif qəbul edilir.
Merac gecəsi
Merac (əl-İsra və-l-Mirac) (ərəbcədir, göyə qalxma, merac etmə deməkdir) – Hz. Muhəmmədin (s.a.v.) Büraq adlı əfsanəvi heyvanın belində Məkkədən Qüdsə (isra), oradan da səmaya ecazkar səyahətidir (meracın mənası da buradan irəli gəlir). Həmin hadisələrin şərəfinə qəməri təqvimi ilə rəcəb ayının 27-də dini bayram (ərəbcə id əl-merac, türkcə rəcəb bayramı) qeyd edilir. Hz. Muhəmmədin (s.a.v.) (cismən və ya ruhən) merac etməsinin xarakteri ətrafında ilahiyyatçılar arasında çoxdan bəri mübahisələr gedir. Meracın lüğəvi mənası çıxmaq, yüksəlmək deməkdir. Bu hadisə isra da adlanır. İsra-gecə vaxtı yeriməyə deyilir. Bu böyük hadisə gecə vaxtı olduğu üçün ona İsra deyilmiş, Quranı Kərimdə bu ad ilə yad olunmuşdur. "Qulunu gecə vaxtı məscidi Haramdan alaraq ayələrimizi göstərmək üçün ətrafını mübarək qıldığımız məscidi Əqsaya aparan Allahın şanı hər şeydən pakdır.
Muzeylər gecəsi
Muzeylər gecəsi — Beynəlxalq Muzeylər Gününə həsr olunmuş beynəlxalq tədbirdir. Bu müddət ərzində muzey eksponatlarına gecədən səhərədək baxa bilərsiniz. Bu gecə, bir çox muzey günbatımından sonra demək olar ki, səhərə qədər ziyarətçilər üçün açıq olur. Aksiyanın əsas məqsədi müasir muzeylərin resurslarını, imkanlarını, potensialını göstərmək, gəncləri muzeylərə cəlb etməkdir. == Tarixi == "Muzeylər gecəsi" ilk dəfə 1997-ci ildə Berlində keçirilib. 1999-cu ildən etibarən Fransa Mədəniyyət və Rabitə Nazirliyinin təşəbbüsü ilə “Muzeylərin baharı” adlı tədbir keçirilməyə başlanmış, 2001-ci ildə artıq bu aksiyada Avropa və Amerikadan 39 ölkə iştirak etməyə başlamışdır. 2005-ci ildə "Muzeylərin baharı" "Muzeylər gecəsi"nə çevrildi. 2009-cu ildən etibarən Azərbaycan muzeyləri də bu aksiyaya qoşulur.
Məbit gecəsi
Leylətul-məbit (ərəb. لَـیْـلَـة ٱلْـمَـبِـیْـت‎) Məhəmmədin Məkkədən Mədinəyə hicrətə başladığı gecədir. Bu gecənin Rəbiüləvvəl ayının birinci günü olduğu güman edilir. Qureyşlilərin Məhəmmədi öldürməsi qərarı səbəbiylə Əli ibn Əbu Talib Məhəmmdin yataq yerində yatmış və peyğəmbər Məkkəni tərk etmişdi.
Qisas Gecəsi
== Mövzusu == Xocalı soyqırımının ildönümü ərəfəsində F. Köçərli adına Respublika Uşaq Kitabxanasında Milli Qəhrəman Mübariz İbrahimovun şərəfli döyüş yolundan bəhs edən "Qisas gecəsi" kitabının təqdimatı olmuşdur. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra kitabxananın direktoru, Əməkdar Mədəniyyət İşçisi Fizurə Quliyeva iştirakçılara XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermişdir. O, Xocalı soyqırımının xalqımızın tarixində silinməz izlər buraxdığını, ermənilərin öz işğalçılıq siyasətini bu gün də davam etdirdiklərini bir daha diqqətə çatdırmışdır. F. Quliyeva Xocalı soyqırımının dəhşətlərindən bəhs edən "Cəhənnəmdən gələn səs" əsəri ilə oxucuların rəğbətini qazanmış yazıçı Elxan Elatlını iştirakçılara təqdim etmişdir. Bildirilmişdir ki, bu gün təqdimatına yığışdığımız "Qisas gecəsi" kitabı E. Elatlının sayca 13-cü əsəridir. Müəllif bu əsərdə Mübariz İbrahimovun ömür və döyüş yolunu son dərəcə canlı təsvir etmişdir. Kitabla tanışlıq zamanı ilk baxışda hər bir oxucuda elə təsəvvür yaranır ki, sanki müəllif bu hadisələrin bilavasitə şahidi olmuşdur.
Qədr Gecəsi
Qədr gecəsi — Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim məhz Ramazan gecələrinin birində lövhi-məhfuzdan tam şəkildə nazil edilib. Buna Qurani-Kərimdə iki ayə dəlildir. İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir. Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil (tam şəkildə) etdik. Birinci ayəyə görə Quran Ramazan ayında nazil edilmişdir, ikinciyə görə isə Qədr gecəsində. Deməli, Qədr gecəsi Ramazan ayındadır. Quranın nazil olunduğu gecə "Qədr gecəsi" adlanır. Bəziləri Qədr gecəsi ilə Quranın ilk ayələrinin nazil olduğu gecəni qarışdırırlar. Besət gecəsi rəcəb ayının 27-ci gecəsidir.
Valpurgiya gecəsi
Valpurgiya gecəsi — bütpərəstlik dövründə qədim germanların mayın 1-nə keçən gecə bahar bayramı; VIII əsr alman xalq rəvayətinə görə, Almaniyanın Brokken dağında ifritlərin bayramı (ifritlərin böyük gecə məclisi). Katolik müqəddəsi Valpurgiyanın xatirə günü (mayın 1-i) bu bayramla bir vaxta düşdüyündən belə adlanır. Valpurgiya gecəsindən ədəbi və musiqi süjeti kimi istifadə edilmişdir (İohann Götenin "Faust" əsəri, Şarl Qunonun eyniadlı operası, Henrix Heynenin "Yol mənzərələri" və s.).
Varfolomey gecəsi
Varfolomey gecəsi — Fransada dini müharibələrin nəticəsində 23 avqust 1572-ci ildə Parisdə baş vermiş hadisə. Bəzi mənbələrdə "Müqəddəs gecə" adı ilə də tarixə keşən bu dəhşətli gecə barədə filmlər çəkilmiş və bədii əsərlər yazılmışdır. "Varfolomey gecəsi" ifadəsi bir çox xalqların dilinə daxil olaraq, mənfi çalar qazanmış və müqavimətə gücü çatmayan günahsız insanların kütləvi halda qətlə yetirilməsi mənasını almışdır. == Tarixi == === Səbəbi === Varfolomey faciəsinin baş verməsinə müəyyən proseslər səbəb olmuşdur. XVI əsrdə Avropada Roma Papası və hakim Roma Katolik Kilsəsinə qarşı yönəldilmiş reformasiya (dində islahatçılıq) hərəkatının geniş vüsət alması nəticəsində yeni xristian məzhəbi olan protestantlıq meydana gəlmiş və Qərb dünyası iki hissəyə parçalanmışdır. Protestantlarla katoliklər arasında fikirayrılığı teoloji-elmi müstəvidən uzaqlaşaraq, hərbi toqquşmalara, qanlı müharibələrə gətirib çıxarmışdır. Məzhəb ayrıseçkiliyi cəmiyyətdə təbəqə, qohum, dost, həmvətən anlayışını ortadan qaldırmış, hamı bir-birini etiqadına görə qiymətləndirməyə başlamışdır. XVI əsrdə digər Avropa ölkələrində olduğu kimi, Fransanı da məzhəb müharibələri bürümüşdü. Bu ölkədə hugenot (ilk vaxtlar katoliklərin protestantlara həqarətlə verdikləri, sonradan isə protestantların mənimsədikləri ad) müharibələri adlanan üç hərbi münaqişə baş vermişdir. 1570-ci ildə Sen-Jermen müqaviləsinin bağlanması ilə III Hugenot müharibəsi bitmiş, uzunmüddətli mübarizədən sonra hugenotlar müəyyən hüquqlar əldə etmiş, onların rəhbəri admiral Kolinyi isə Fransa Kral şurasına daxil olmuşdur.
Xına gecəsi
Xınayaxdı mərasimi, Xına gecəsi və ya Xına - Hindistan, Malayziya, Azərbaycan, İran və Türkiyənin toy adətlərindəndir. Xınayaxdı mərasimi əsrlər boyu Azərbaycanın müxtəlif tarixi bölgələrində inkişaf edərək vahid və zəngin bir adət sisteminə çevrilmişdir.Adətimizdə qız bəyənmə,elçilik,nişanlılıq dövrü,qız toyu,xınayaxdı və nəhayət gəlin köçmə kimi adətlər mövcuddur.Bu adətlərimizi xalqımız dünyanın harasında yaşayırlarsa yaşasınlar həyata keçirirlər. == Xına şamı == Çox köhnə bir adət olan şam yandırmaq, xına gecəsinin də imtina edilməz adətlərindəndir. Xına hazırlandıqdan sonra ovuc içərisinə qoyulur, şam yandırılır.Gəlinin ətrafında dövrə vuraraq mahnılar oxunur.Bu adət uzun illər boyu davam etməkdədir. Şamın aksessuarları dəyişsə də istifadə qaydası dəyişməmişdir. Xına şamı ilə xına gülü gözəl bir görünüş ortaya çıxarar. Xına gecələri üçün istifadə edilən xına şamını, istəsəniz evinizdə bəzək olaraq da istifadə edə bilərsiniz. Dekorasiya olaraq evinizin hər hansı bir yerində istifadə edilən xına şamları rəng və diqqət çəkən xoş dizaynı ilə gözəl bir görünüş yaradacaqdır.
Çillə gecəsi
Çillə gecəsi — Yer kürəsinin şimal yarımkürəsində, ilin 365 gününün ən uzun gecəsidir. Bu gecə, şəmsi ilinin, dey ayın başlanğıc gecəsi, azər ayının sonuncu gecəsi və 3 ay Novruz bayramına qalmış bir gecədir. 40 gün davam edən böyük çillənin (21 dekabr-29 yanvar) ilk günüdür. Sonra 20 günlük kiçik çillə (29 yanvar-18 fevral) gəlir. Milad tarixi ilə dekabrın 20-dən 21-nə keçən gecədir. Bu gecə əsasən, İran, Azərbaycan, Türkiyədə qeyd edilir. Çillə gecəsindən sonra, yer kürəsinin şimal bölgələrində görünən günəş, ən aşağı vəziyyətə çatandan sonra, üfüqdə üç gün hərəkətsiz qalır və dördüncü gün yuxarı qalxır. Bu hadisə 25 dekabr günü, yəni çillə gecəsindən dörd gün sonraya təsadüf edir. Həmin gün, yəni 25 dekabr günü günəş tanrılarının bir çoxunun doğum günüdür və həm də qədim roma təqviminin başlanğıc günü kimi qeyd olunmuşdur. Qədim roma təqvimi miladdan öncə 753cü ildə Rem və Romul tərəfindən icad olunmuşdur, Yuli Sezar tərəfindən dəyişdirilmişdir, Bu təqvim hər 128 ildə bir gün geri qalırdı.
Karnaval gecəsi
"Karnaval gecəsi" (rus. Карнавальная ночь) — rejissor Eldar Ryazanovun filmi. == Məzmun == Mədəniyyət evinin işçiləri növbəti Yeni il şənliyinə hazırlaşırlar. Əyləncəli proqramda solo ifalar, rəqslər, sirk nömrələri, caz orkestrinin çıxışı, fokusçu və klounların çıxışları nəzərdə tutulub. Mədəniyyət evinin direktoru vəzifəsini icra edən Oqursov proqramla tanış olur. O, bu proqramı təsdiq etmir. Onun fikrincə, hər şey yüksək səviyyədə və ən əsası "ciddi" şəkildə olmalıdır. Oqursov öz proqramını təklif edir: əvvəldən nəzərdə tutulmuş məruzəçinin çıxışı və astronomun müharizəsi. Musiqi nömrələrindən isə klassik musiqi və "Mahnı və rəqs" ansamblının çıxışı ilə kifayətlənməyi təklif edir. Lakin mədəniyyət evinin heç bir üzvü əvvəlki məşq olunmuş proqramı dəyişmək istəmir.
Qədr gecəsi
Qədr gecəsi — Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim məhz Ramazan gecələrinin birində lövhi-məhfuzdan tam şəkildə nazil edilib. Buna Qurani-Kərimdə iki ayə dəlildir. İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir. Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil (tam şəkildə) etdik. Birinci ayəyə görə Quran Ramazan ayında nazil edilmişdir, ikinciyə görə isə Qədr gecəsində. Deməli, Qədr gecəsi Ramazan ayındadır. Quranın nazil olunduğu gecə "Qədr gecəsi" adlanır. Bəziləri Qədr gecəsi ilə Quranın ilk ayələrinin nazil olduğu gecəni qarışdırırlar. Besət gecəsi rəcəb ayının 27-ci gecəsidir.
Qütb TV
Qütb TV — 1995-ci ildən 2015-ci ilə kimi fəaliyyət göstərmiş, Azərbaycanın özəl telekanallarından biri. == Tarixçə == Qütb Teleradio Şirkəti 1995-ci ildə respublikanın şimal bölgəsində yaşayan əhalinin dolğun informasiya ilə təmin olunması məqsədilə yaradılmışdı. Qütb Televiziyasının verilişləri 27-ci kanalla yayımlanırdı. Telekanalın təsisçisi Mahir Orucov idi. Qütb TV-nin həftəlik yayımının ümumi həcmi 126 saat təşkil edirdi. Ümumi efir vaxtının 25 faizini ölkədə istehsal olunan proqramlar, 52 faizini xaricdə istehsal olunan proqramlar, 23 faizini şəxsi istehsal proqramları təşkil edirdi. 2015-ci ilin aprel ayında fəaliyyəti dayandırılıb və tezliyində "Günəş TV" yayıma başlayıb.
Qütb Televiziyası

Qütb Uralı
Qütb Uralı — Ural dağlarına daxil olan dağ sistemi. Avrasiyanın şimalında, Rusiya ərazisində, dağlıq bir bölgə. Ural dağlarının ən şimal hissəsi. Bölgənin şimal sərhədi Konstantinov Kamen dağı hesab edilir və Xulqa çayı bölgəni Qütbönü Uraldan ayırır. Sahəsi təxminən 25.000 km²-dir. Silsiləni təşkil edən dağlarda daha çox yuvarlaq relyef olsa da, əsasən çılpaq qayalar və dik yamaclar görünür. == Bölgənin təsviri == Avropa və Asiyanın sərhədində, Komi Respublikası və Yamalo-Nenets Muxtar Dairəsi ərazisində yerləşir. Dünyanın hissələrinin şərti sərhədləri bölgələrin sərhədləri ilə üst-üstə düşür və əsasən Peçora (qərbdə) və Ob (şərqdə) hövzələrini ayıran silsilənin əsas suayrıcısı boyunca uzanır. Şimal yamaclarının axınının bir hissəsi birbaşa Şimal Buzlu okeanın Baydaraskaya körfəzinə düşür. Zirvələrin üstünlük hündürlüyü 800-1200 metr, fərdi zirvələri 1500 metrə qədərdir (Payer Dağı).
Qütb bayquşu
Qarlı bayquşu — Qütb bayquşu, ağ bayquş və Arktik bayquş kimi də tanınan qarlı bayquş (Bubo scandiacus) əsl bayquş ailəsindən iri, ağ bayquşdur. Qarlı bayquşların vətəni həm Şimali Amerikanın, həm də Palearktikanın Arktika bölgələrindədir, əsasən tundrada çoxalır. Onun yaşayış mühitinə və həyat tərzinə bir sıra unikal uyğunlaşmaları var ki, bu da digər mövcud olan bayquşlardan olduqca fərqlənir. Bayquşun ən böyük növlərindən biri, əsasən ağ tüklü yeganə bayquşdur. Kişilər daha təmiz ağ olur, qadınlarda isə daha geniş tünd qəhvəyi ləkələr olur. Yetkinlik yaşına çatmamış erkək qarlı bayquşların tünd işarələri var ki, onlar yetkinliyə çatana qədər dişilərə bənzəyir və bu zaman onlar adətən ağarırlar. Qanaddakı qəhvəyi işarələrin tərkibi, qüsursuz olmasa da, fərdi qarlı bayquşların yaşını və cinsiyyətini təyin etmək üçün ən etibarlı üsuldur. Əksər bayquşlar adətən gündüzlər yatır gecələr isə oyaq qalır və ov ovlayırlar, lakin qarlı bayquş gündüzlər, xüsusən də yayda çox vaxt aktivdir. Qarlı bayquşlar adətən tundranın torpağındakı kiçik bir yüksəlişdə yuva qururlar. Qarlı bayquş çox vaxt 5-dən 11-ə qədər çox böyük bir yumurta qoyur, yumurtaların qoyulması və yumurtadan çıxması əhəmiyyətli dərəcədə yavaşlayır.
Qütb dairələri
Qütb dairələri (rus. полярные круги) — Hər iki yarımkürədə 66° 33′ 39″ paralelindən keçən en dairəsidir. Şimaldakı şimal qütb dairələri cənubdakı cənub Qış dairələri bu dairələrdən qütblərə doğru qalan sahələr isə münasib surətdə: şimal qütb sahəsi və cənub qütb sahəsi adlanır. Şimal qütb dairələri üzərində yay gündönümündə günəş üfüq arxasında batmır, yəni iyunun 22-də burada ən uzun gündüz olur (24saat), qış gündönümündə günəş üfüq arxasından çıxmır, yəni dekabrın 22-də burada ən uzun gecə olur (24 saat). Qütb dairələrindən qütbə qədər olan sahədə qışda çoxgünlük qütb gecəsi olur ki, onun uzunluğu qış dairələri üzərində 1 gündən qütbdə 6aya qədərdir, yayda isə belə çoxgünlük qütb gündüzü olur. Bu hadisənin əksi cənub yarımkürəsində müşahidə edilir. Qütb dairəsi qütb bölgələrini müəyyənləşdirən dünya xəritəsində göstərilən beş böyük enlikdən biridir: Cənub Qütb dairəsi və ya Arktik dairəsi: 66° 33′ 39″ cənub enliliyində yerləşir. Şimal Qütb dairəsi: 66° 33′ 39″ şimal enində yerləşir.
Qütb gecələri
Qütb gecələri — qütb sahələrində üfüqdə Günəşin görünmədiyi müddət olub, ilin müəyyən bir dövrüdür. == Qütb gecələrinin davamiyyət müddəti == Qütb gecələrinin davamiyyəti qütbə doğru artır; 66°33” paralelində 1 gün (24 saat), qütbdə 179 günə çatır. Şimal qütbündə qütb gecələri payız gecə-gündüz bərabərliyi tarixindən (23 sentyabr) yaz gecə-gündüz bərabərliyinə (21 mart) qədər davam edir. == Qütb gecələri müşahidə edilən şəhərlər == Rusiya: Apatitı, Bilibino, Verxoyansk, Varkuta, İnta, Hacıyevo, Dudinka, Zaozersk, Zapolyarnı, İqarka, Kandalakşa, Kirovsk, Kovdor, Kola, Labitnanqi, Monçeqorsk, Murmansk, Меzеn, Naryan-Маr, Nоrilsк, Оlеnеqоrsк, Ostrovnoy, Pevek, Polyarnıy Zori, Polyarnıy, Salexard, Severomorsk, Skejnoqorsk, Srednokolımsk, Usinsk. Norveç: Lonqyir, Tromse.
Qütb gündüzləri
Qütb gündüzü — bu günəşin bir sutka ərzində üfüqdə görünməsi, qürub etməməsi. Ən qısa qütb gündüzü 2 sutka davam edir — 66°33′ paraleldə daha geniş müşahidə edilir. Qütb gündüzləri Qütb dairəsinə kifayət qədər cənubda yerləşən şəhərlərdə də müşahidə edilir. Ancaq halbuki həmin ərazilərdə qütb gecələri müşahidə edilmir. Qütb dairələrində gündüzlər təqribi 6 ay davam edir. Şimal qütbündə bu hadisə 18 martdan 26 mart tarixlərində, Cənub qütbündə isə 21 sentyabrdan 23 mart tarixlərində baş verir. Qütb gündüzləri və Qütb gecələri haqqında ilk elmi məlumatı qədim yunan astronomu Aderli Bion vermişdir. == Qütb gündüzləri müşahidə edilən şəhərlər == Norveç: Lonqyir, Tromse. Rusiya: Apatitı, Bilibino, Verxoyansk, Varkuta, İnta, Hacıyevo, Dudinka, Zaozersk, Zapolyarnıy, İqarka, Kandalaşka , Kirovsk, Kovdor, Kola, Labitnanqi, Monçeqorsk, Murmansk, Меzеn, Naryan-Маr, Nоrilsк, Оlеnеqоrsк, Ostrovnoy, Pevek, Polyarnıy Zori, Polyarnıy, Salexard, Severomorsk, Skejnoqorsk, Srednokolımsk, Usinsk.
Qütb işıqları
Qütb parıltısı, qütb işıqları və ya avrora (adətən şimal işıqları və ya cənub işıqları kimi də tanınır) — günəşin hərəkəti nəticəsində kosmosa atılan külli miqdarda yüksək enerjili elektron və ionların yerin maqnit sahəsinə daxil olması hadisəsi, yerin maqnit sahəsinə daxil olan elektronlar Lorens qüvvəsinin təsiri nəticəsində qütblərə doğru hərəkət edir və qütb oblastlarında toplanır. Qütblərə toplanan belə yüklərin təsirindən hava atomları ionlaşır və "həyəcanlanır". Bunun nəticəsində də qütb parıltısı baş verir. == Haqqında == Günəş küləyi əslində tacın daim genişlənməsidir. Genişlənmə sürəti Günəşdən uzaqlaşdıqca saniyədə bir neçə km-dən 300–400 km çatır. Kimyəvi tərkibi (əsasən proton və elektronlar) Günəş tacı ilə eynidir. Günəş küləyinin maqnit sahəsinin təsiri ilə Yer atmosferi Günəş istiqamətində 10 Yer radiusu qədər sıxılır, əks istiqamətdə isə onlarca yer radiusu qədər uzanır. Külək hissəciklərinin bir hissəsini Yerin maqnit sahəsi saxlayır və nəticədə Yerin radiasiya qurşaqları yaranır. Küləyin intensivliyinin artması maqnit fırtınalarına qütb parıltısına səbəb olur. Tərkibində helium və digər elementlər var.
Qütb laləsi
Qütb xaşxaşı (lat. Papaver radicatum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin lalə cinsinə aid bitki növü.
Qütb parıltısı
Qütb parıltısı, qütb işıqları və ya avrora (adətən şimal işıqları və ya cənub işıqları kimi də tanınır) — günəşin hərəkəti nəticəsində kosmosa atılan külli miqdarda yüksək enerjili elektron və ionların yerin maqnit sahəsinə daxil olması hadisəsi, yerin maqnit sahəsinə daxil olan elektronlar Lorens qüvvəsinin təsiri nəticəsində qütblərə doğru hərəkət edir və qütb oblastlarında toplanır. Qütblərə toplanan belə yüklərin təsirindən hava atomları ionlaşır və "həyəcanlanır". Bunun nəticəsində də qütb parıltısı baş verir. == Haqqında == Günəş küləyi əslində tacın daim genişlənməsidir. Genişlənmə sürəti Günəşdən uzaqlaşdıqca saniyədə bir neçə km-dən 300–400 km çatır. Kimyəvi tərkibi (əsasən proton və elektronlar) Günəş tacı ilə eynidir. Günəş küləyinin maqnit sahəsinin təsiri ilə Yer atmosferi Günəş istiqamətində 10 Yer radiusu qədər sıxılır, əks istiqamətdə isə onlarca yer radiusu qədər uzanır. Külək hissəciklərinin bir hissəsini Yerin maqnit sahəsi saxlayır və nəticədə Yerin radiasiya qurşaqları yaranır. Küləyin intensivliyinin artması maqnit fırtınalarına qütb parıltısına səbəb olur. Tərkibində helium və digər elementlər var.
Qütb porsuğu
Sibir porsuğu (lat. Gulo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi. Fosil sübutları bu cinsin Şimali Amerikada yarandığını və daha sonra Pliosen dövründə bütün Avrasiyaya yayıldığını göstərir.
Qütb qaqarı
Qütb qaqarı (lat. Gavia immer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.